ABŞ Çinin texnologiya yeniliklərini oğurlamasına qarşı işçi qrup yaradır

Digər ölkələr
  • 01 noyabr, 2018
  • 21:50
ABŞ Çinin texnologiya yeniliklərini oğurlamasına qarşı işçi qrup yaradır

Bakı. 2 noyabr. REPORT.AZ/ ABŞ-ın Ədliyyə Nazirliyində Çin tərəfindən Amerika şirkətlərinin texnologiya və ticarət yeniliklərinin oğurlanması əleyhinə fəaliyyətlə məşğul olacaq xüsusi qrup yaradılacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı Birləşmiş Ştatların ədliyyə naziri və baş prokuroru Ceff Seşns deyib.

"Bu gün mən Çin təşəbbüsünün yaradıldığını elan edirəm, ona ABŞ baş prokurorunun köməkçisi Con Demers başçılıq edəcək. Bu proqram ticarət yeniliklərinin oğurlanması hallarının aşkar edilməsi, həmçinin belə halların tez və səmərəli şəkildə aradan qaldırılmasının kifayət qədər resurslarla təmin edilməsinə yönəldiləcək", - deyə Seşns əlavə edib.

Bundan əvvəl Birləşmiş Ştatlar yaxın günlərdə Kubaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırdığı məlum olub.