ABŞ "Belavia"ya qarşı sanksiyaları ləğv edib

Digər ölkələr
  • 11 sentyabr, 2025
  • 15:22
ABŞ Belaviaya qarşı sanksiyaları ləğv edib

ABŞ Belarusun "Belavia" aviaşirkətinə qarşı tətbiq edilən sanksiyaları ləğv edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin nümayəndəsi Con Koul Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə bildirib.

"Burada tamamilə rəsmi şəkildə bəyan etmək istəyirəm ki, biz "Belavia"ya qarşı sanksiyaları ləğv etmişik. Bu, rəsmi qərardır. Mənim Prezident Donald Trampla görüşüm olub, həmin görüşdə daha bir neçə şəxs iştirak edirdi. Bu qərar prezident tərəfindən qəbul edildi və o dedi: "Bunu dərhal edin". Artıq təsdiqlənmiş bu qərar bu işə cəlb olunmuş bütün müvafiq nazirlik və qurumlar tərəfindən qəbul edilib", - C.Koul deyib.

ABŞ-nin sanksiyaları "Belavia"nın "Boeing" və "Embraer" təyyarələri üçün ehtiyat hissələri almasını, həmçinin ona ABŞ avadanlığından istifadə edərək təmir və texniki xidmət göstərilməsini qadağan edirdi.