ABŞ Rusiya daxil olmaqla, 75 ölkənin vətəndaşlarına viza verilməsini dayandırır

Digər ölkələr
  • 14 yanvar, 2026
  • 18:43
ABŞ Rusiya daxil olmaqla, 75 ölkənin vətəndaşlarına viza verilməsini dayandırır

ABŞ Dövlət Departamenti müraciət edənlərin məlumatlarının yoxlanılmasını gücləndirmək məqsədilə 75 ölkənin vətəndaşları üçün immiqrasiya vizalarının baxılmasını müvəqqəti olaraq dayandırır.

"Report" xəbər verir ki, bu barədə "Fox News" Dövlət Departamentinə istinadən məlumat yayıb.

Konsulluq əməkdaşlarına müraciət edənlərin yoxlama və seçmə prosedurlarının yenidən gözdən keçirilməsi başa çatana qədər vizaların verilməməsini tapşırılıb.

Vizaların verilməsi dayandırılan ölkələrin siyahısına xüsusilə Somali, Rusiya, Əfqanıstan, Braziliya, İran, İraq, Misir, Nigeriya, Tailand, Yəmən və bir sıra digər dövlətlər daxildir.

Məhdudiyyətlər yanvarın 21-dən qüvvəyə minəcək və viza prosedurlarının yenidən qiymətləndirilməsi başa çatanadək qüvvədə qalacaq.

Həmin ölkələr aşağıdakılardır:

Əfqanıstan, Albaniya, Əlcəzair, Antiqua və Barbuda, Ermənistan, Azərbaycan, Baham adaları, Banqladeş, Barbados, Belarus, Beliz, Butan, Bosniya, Braziliya, Birma, Kamboca, Kamerun, Kabo-Verde, Kolumbiya, Konqo Demokratik Respublikası, Konqo Respublikası, Kuba, Dominikan, Misir, Eritreya, Efiopiya, Fici, Qambiya, Gürcüstan, Qana, Qrenada, Qvatemala, Qvineya, Haiti, İran, İraq, Kot d"İvuar, Yamayka, İordaniya, Qazaxıstan, Kosovo, Küveyt, Qırğızıstan, Laos, Livan, Liberiya, Liviya, Makedoniya, Moldova, Monqolustan, Monteneqro, Mərakeş, Nepal, Nikaraqua, Nigeriya, Pakistan, Rusiya, Ruanda, Sent Kitts və Nevis, Sent Lusiya, Sent Vinsent və Qrenadinlər, Seneqal, Syerra-Leone, Somali, Cənubi Sudan, Sudan, Suriya, Tanzaniya, Tailand, Toqo, Tunis, Uqanda, Uruqvay, Özbəkistan və Yəmən.

Son xəbərlər

Bütün Xəbər Lenti