Ukraynada vəzifədən çıxarılan erməninin yerinə azərbaycanlı seçilib
Diaspor
- 03 dekabr, 2018
- 05:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kiyev. 3 dekabr. REPORT.AZ/ Ukrayna Kikboksinq Federasiyasının Çernovtsı şəhərində keçirilən növbəti konfransında qurumun vitse - prezident vəzifəsinə seçkilər olub.
“Report”un Kiyev bürosunun verdiyi məlumata görə, konfransda Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) sədr müavini Elşad Rafiq oğlu İbrahimov federasiyanın vitse -prezidenti vəzifəsinə seçilib. Konfrans ərəfəsində Çernovtsıda ümumölkə kikboksinq yarışı da keçirilib.
Bu vəzifədə buna qədər erməni mənşəli şəxs olub. O, bir müddət əvvəl tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, uzun müddətdir Ukraynada yaşayan və bu ölkənin vətəndaşı olan E. İbrahimov biznes, idman və ictimai həyatda fəaldır.
Son xəbərlər
22:41
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb
Region22:35
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib
Region22:23
Almaniya kəşfiyyatının sabiq rəhbəri ilə bağlı qalmaqal Polşa və Britaniyada narahatlıq doğurub
Digər ölkələr22:09
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib
Digər ölkələr21:57
"Saudi Aramco" Avropaya neft tədarükünü tam bərpa edir
Energetika21:45
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub
Digər ölkələr21:32
Orxan Məmmədov Qırğızıstanın idman rəsmiləri ilə birgə layihələri müzakirə edib
Futbol21:27
Slovakiya Azərbaycandan ildə 1 milyard kubmetr qaz almağı nəzərdən keçirir
Energetika21:23