Türkiyədə Milli Qəhrəman Şirin Mirzəyevin adını daşıyan park salınıb
Diaspor
- 20 sentyabr, 2021
- 10:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sabah Türkiyənin Bursa şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin adını daşıyan parkın açılışı olacaq.
Bunu "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı deyib.
Onun sözlərinə görə, tədbirdə Milli Qəhrəmanın həyat yoldaşı, keçmiş deputat Flora Qasımova, Bursa bələdiyyəsinin nümayəndələri və digər rəsmi şəxslər iştirak edəcəklər.
Qeyd edək ki, Ş.Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində anadan olub. O, 1992-ci ilin iyunun 18-də Ağdam rayonun Sırxavənd istiqamətində gedən döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. 1994-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.
Son xəbərlər
18:42
Serbiyanın NIS şirkəti ABŞ-dən lisenziya müddətini uzatmağı xahiş edib
Digər ölkələr
18:32
Türkiyədə avtomobil su kanalına aşıb, 6 nəfər ölüb
Region
18:30
Foto
EHF Avropa Kuboku: "Kür" komandası mübarizəni dayandırıb
Komanda
18:29
Foto
"Fars": Hörmüzdə neft tankerində partlayış baş verib
Region
18:25
Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib
Futbol
18:17
"Volkswagen" daha 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır
Digər ölkələr
18:06
Monqolustan Prezidenti ilk dəfə Belarusa səfər edəcək
Region
18:02
Latviya ərazisində PUA qalıqları aşkarlanıb
Digər ölkələr
17:45
Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb
Sənaye