Moldova Prezidenti azərbaycanlı cüdoçunu "Şərəf" ordeni ilə təltif edib
Diaspor
- 15 oktyabr, 2025
- 13:27
Moldova Prezidenti Maya Sandu "Paris-2024" Yay Olimpiya Oyunlarının bürünc medalçısı, azərbaycanlı cüdoçu Adil Osmanovu "Şərəf" ordeni ilə təltif edib.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
O, Moldovada idmanın inkişafındakı müstəsna xidmətlərinə və bu sahədə əldə etdiyi yüksək nailiyyətlərə görə mükafatlandırılıb.
A.Osmanov bu mükafata layiq görüldüyü üçün Prezident Maya Sanduya təşəkkür edib, bunun Moldova ilə Azərbaycan arasında dostluq və qarşılıqlı hörmətin göstəricisi olduğunu vurğulayıb.
Qeyd edək ki, A.Osmanov Azərbaycan diasporunun və Moldova Azərbaycanlıları Konqresinin fəal üzvüdür. O bu il Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinə də qatılıb.
Son xəbərlər
21:44
"Neftçi" yoxlama oyununda Serbiya klubunu məğlub edib
Futbol21:40
Biləsuvarın bəzi ərazilərində işıq kəsiləcək
Energetika21:36
Qalibaf: Müharibəyə hazır olanlar ABŞ ilə danışıqlar apara bilər
Region21:14
Video
Dənizdə batan qızın axtarışlarına FHN-in helikopteri cəlb olunub
Hadisə21:11
Azərbaycan ilə Meksika əməkdaşlığı möhkəmləndirmək istəyir
Xarici siyasət21:00
İran növbəti həftə ABŞ ilə danışıqlar aparılacağı barədə xəbərləri təkzib edib - YENİLƏNİB
Digər ölkələr20:58
Vuçiç parlament seçkiləri təyin edildikdən sonra istefa vermək niyyətində olduğunu açıqlayıb
Digər ölkələr20:51
Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək ölüb
Hadisə20:45