Keçmiş deputata yeni vəzifə verildi
Diaspor
- 05 oktyabr, 2020
- 12:11
Azərbaycan Diasporuna Dəstək Fonduna yeni icraçı direktor təyin olunub.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru vəzifəsi Əkrəm Abdullayevə həvalə edilib.
Qeyd edək ki, Ə.Abdullayev 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub. O, yeni təyinata qədər Diasporla İş üzrə Dövlət Komitəsində işləyib.
Xatırladaq ki, fondun əvvəlki icraçı direktoru Elşad Əliyev idi. O, sentyabrın 2-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini təyin edilib.
Azərbaycan Diasporuna Dəstək Fondu Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir.
Son xəbərlər
09:56
PSJ "Barselona"nın yarımmüdafiəçisi Pedri üçün 90 milyon avro təklif etməyə hazırlaşır
Futbol09:46
"Murov Az Terminal" fiziki hazırlıq üzrə məşqçi İvan Volodiçevlə yeni müqavilə imzalayıb
Futbol09:42
Neft qiymətləri 5 %-dən çox aşağı düşüb
Energetika09:36
Rusiyanın Vladimir vilayətində PUA hücumundan sonra "Wildberries"in anbarı yanıb
Region09:31
Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək
Elm və təhsil09:30
Rusiyanın Zaporojyeyə hücumları nəticəsində 1 nəfər ölüb, 37 nəfər yaralanıb
Digər ölkələr09:24
Braziliyada 15 yaşlı futbolçu yoldaşlıq oyunu zamanı qətlə yetirilib
Futbol09:21
Kolleclərə ixtisas seçimi başlayıb
Elm və təhsil09:07