Gürcüstanın azərbaycanlılar yaşayan kəndinin su problemi həll olunur
Diaspor
- 03 sentyabr, 2020
- 06:45
Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Kvemo Bolnisi (Kəpənəkçi) kəndinin içməli su təminatı yaxşılaşdırılır.
“Report”un yerli bürosu xəbər verir ki, kənddə supaylayıcı şəbəkənin bərpası və yenilənməsi ilə bağlı tender elan olunub.
Tenderdə iştirak etmək istəyən şirkətlərin müraciətləri sentyabrın 11-dək qəbul ediləcək. Layihənin dəyəri 200 min laridir. İşlərə müqavilə imzalanandan sonra üç ay ərzində yekun vurulmalıdır.
Kvemo Bolnisi kəndi hazırda gün ərzində 6-7 saat müddətinə su ilə təmin olunur. Su infrastrukturunun yenilənməsi layihəsindən 3 500-ə yaxın yerli sakin yararlanacaq, suyun keyfiyyəti və verilmə qrafiki yaxşılaşdırılacaq.
Son xəbərlər
23:56
TBMM-də "Terrorsuz Türkiyə" ilə bağlı qanun layihəsi qəbul edilib
Region23:45
Azərbaycan-Ermənistan sərhədində 3,8 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB
Hadisə23:42
İsmayıl Bəqai: ABŞ-nin sanksiyaları İranı zəiflətməyəcək
Region23:30
Liviyada dron zərbəsi nəticəsində neft emalı zavodunda yanğın baş verib
Digər ölkələr23:02
"Al Mayadeen": Livan-İsrail danışıqlarının növbəti raundu payızdan tez baş tutmayacaq
Digər ölkələr22:47
Video
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 111-ə çatıb - YENİLƏNİB-7
Digər ölkələr22:45
Eyal Zamir: İsrail bütün əsas cəbhələrdə danışıqlar aparır
Digər ölkələr22:42
Lautaro Martines "Barselona"nın alternativ transfer hədəfinə çevrilib
Futbol22:21