Gürcüstanda bir aydır itkin düşən azərbaycanlının yaxınları aksiya keçirib
Diaspor
- 04 fevral, 2022
- 09:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın Saqareco bələdiyyəsinin azərbaycanlılar yaşayan Yormuğanlı kəndində aksiya keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, yerli sakinlər bir ay bundan öncə itkin düşmüş həmkəndliləri 42 yaşlı Nazim Nəbiyevin bu günədək tapılmamasına etiraz ediblər.
Aksiya iştirakçıları hüquq-mühafizə orqanlarını fəaliyyətsizlikdə günahlandırıblar. Onların sözlərinə görə, polis axtarışları davam etdirdiyini bildirsə də, indiyədək heç bir nəticə yoxdur.
Xatırladaq ki, N.Nəbiyev yanvarın 4-də Qardabani bələdiyyəsinin Qaracala kəndinə gedib. O, mal-qara almaq üçün üzərində 32 min lari pulla Kaspi rayonuna yollanmağa hazırlaşırdı. Yaxınları onun itkin düşməsini pulla əlaqələndirirlər.
Son xəbərlər
22:10
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi
21:54
Azərbaycan təmsilçisi Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu olub
Fərdi
21:40
DÇ-2028: Azərbaycanın futzal millisi Latviyaya uduzub
Komanda
21:38
Foto
Video
Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Daxili siyasət
21:33
Foto
ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
Daxili siyasət
21:24
Foto
Türkiyənin paytaxtında Azərbaycanın Zəfər günü işıqlı lövhələrlə əks olunub
Region
21:14
Foto
Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər
Daxili siyasət
21:06
Foto
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Daxili siyasət
20:50
Foto
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Xarici siyasət