Gürcüstan ombudsmanı Dmanisi hadisələrinə reaksiya verib
Diaspor
- 19 may, 2021
- 06:24
Gürcüstan ombudsmanı Nino Lomcariya Dmanisi rayonunda baş verən hadisələrlə bağlı bəyanat yayıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, xalq müdafiəçisi bu cür halların qarşısını almaq üçün vətəndaş inteqrasiyası prosesinin gücləndirilməsinə ehtiyacın olduğunu bildirib.
N.Lomcariya qeyd edib ki, insident zamanı hüquq mühafizə orqanlarının reaksiyası effektiv olmayıb: “Mübahisə iştirakçıları polisin gözü qarşısında bir-birlərinə fiziki təzyiq göstəriblər. Polis əməkdaşları baş verənlərə vaxtında reaksiya verə və gərginliyi azalda bilməyiblər”.
Ombudsman Dmanisi hadisələrinin hərtərəfli araşdırılması və gələcəkdə bu cür insidentlərə yol verilməməsi üçün dövlət orqanlarını təxirəsalınmaz və effektiv addımlar atmağa çağırıb.
Son xəbərlər
10:26
Ukrayna Başqırdıstanda "Wildberries" logistika habına zərbə endirib
Digər ölkələr10:25
Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasının qalibləri müəyyənləşib
Fərdi10:24
Zelenski Trampın "Patriot" raket istehsalı vədinə şübhə ilə yanaşır
Digər ölkələr10:23
Naxçıvanda vergi ödəyicilərinin sayı 7 %-ə yaxın artıb
Biznes10:22
Azərbaycanda bu ilin 7 ayında 30,2 min şəxsə əlillik təyin edilib
Sosial müdafiə10:15
"Gəncə" 3 basketbolçusu ilə yollarını ayırıb
Komanda10:07
Azərbaycan əhalisinin yanacaq xərcləri 5 %-ə yaxın artıb
Energetika10:00
Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edilib
Daxili siyasət09:59
Foto