Gürcüstan Ədliyyə evinin Qardabanidə ilk filialı açılacaq
Diaspor
- 17 fevral, 2021
- 07:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın azərbaycanlıların sıx məskunlaşdığı Qardabani rayonunda ilk Ədliyyə evi inşa olunur.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.
Ədliyyə nazirinin müavini Soso Giorqadze tikinti işləri ilə yerində tanış olub.
Bildirilib ki, Ədliyyə evinin Qardabani filialının inşası artıq yekun mərhələdədir. İdarə bu ilin yazınadək vətəndaşların ixtiyarına veriləcək. Qardabani sakinlərinə 450-dən çox xidmət göstəriləcək.
Ədliyyə evində həmçinin nikah zalı da yaradılacaq. İdarədə 17 nəfər çalışacaq.
Qardabani Ədliyyə evi Kvemo Kartli (Borçalı) bölgəsində açılacaq dördüncü filial olacaq. Rustavi, Marneuli və Bolnisidə ədliyyə evləri fəaliyyət göstərir.
Son xəbərlər
12:26
Madriddə etirazlar zamanı 13 nəfər xəsarət alıb, saxlanılan var
Digər ölkələr
12:21
İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
Xarici siyasət
12:19
Azər Bayramov: "2027–2030-cu illərdə qeyri-neft-qaz sektorunda 4,4 % orta illik artım gözlənilir"
Maliyyə
12:18
Astarada mikroavtobus aşıb, 10-a yaxın sərnişin xəsarət alıb
Hadisə
12:15
Vəli Quliyev: "Əmək müqavilələrinin rəsmiləşdirilməsi sadələşdiriləcək"
Biznes
12:15
ICESCO-nun baş direktoru Azərbaycan pavilyonunu COP31-də ən aktiv pavilyonlardan biri adlandırıb
Xarici siyasət
12:13
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
Komanda
12:10
Dünya Bankı: Azərbaycanla Orta Dəhlizə potensial investisiya qoyuluşunu müzakirə edirik - Eksklüziv
İnfrastruktur
12:09
Onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunur
Milli Məclis