Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib

Diaspor
  • 08 sentyabr, 2026
  • 18:52
Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Pakistanın diaspor və insan resurslarının inkişafı üzrə naziri Çauduriy Salik Hussainqa və Nigeriyanın Diaspor Komitəsinin sədri Abike Dabriri Ereba ilə görüşüb.

"Report"un Türkiyə bürosu xəbər verir ki, görüş Ankarada keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Birinci Müsəlman Diaspor Forumu çərçivəsində baş tutub.

Görüşdə hər iki ölkənin müvafiq qurumu ilə İƏT çərçivəsində diaspor fəaliyyətləri və əməkdaşlıq məsələləri müzakirə olunub.

Fuad Muradov pakistanlı və nigeriyalı həmkarlarını Azərbaycana, eləcə də Qarabağa səfərə dəvət edib.

44 filmi