Zığ-Hövsan avtomobil yolunun yenidən qurulmasına 7 milyon manat ayrılıb

Daxili siyasət
  • 28 oktyabr, 2022
  • 10:41
Zığ-Hövsan avtomobil yolunun yenidən qurulmasına 7 milyon manat ayrılıb

Bakı şəhəri Suraxanı rayonunun 58 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ-Hövsan avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7 milyon manat ayrılıb.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.