Zərdabda Birinci Qarabağ müharibəsinin şəhidi Zakir İsaqov dəfn edilib – YENİLƏNİB

Daxili siyasət
  • 05 iyun, 2024
  • 10:12
Zərdabda Birinci Qarabağ müharibəsinin şəhidi Zakir İsaqov dəfn edilib – YENİLƏNİB

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zakir Nüsrət oğlu İsaqovla Zərdab rayonunun Təzəkənd kəndində keçirilən vida mərasimi başa çatıb.

"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Zərdab rayonunun Təzəkənd kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Zərdab Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

13:04

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zakir Nüsrət oğlu İsaqovun meyitinin qalıqları Zərdab rayonuna gətirilib.

“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Zərdab rayonunun Təzəkənd kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Zakir Nüsrət oğlu İsaqov 1958-ci il noyabrın 19-da Zərdab rayonunun Təzəkənd kəndində anadan olub. O, 1992-ci il sentyabrın 24-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.

Z.İsaqov Zərdab rayonunun Təzəkənd kənd qəbiristanlığında dəfn olunacaq.