Zəngilan sakini: Kəndimizə ilk dəfə getdiyimdən çox həyəcanlıyam

Daxili siyasət
  • 24 noyabr, 2025
  • 07:24
Zəngilan sakini: Kəndimizə ilk dəfə getdiyimdən çox həyəcanlıyam

Kəndimizə ilk dəfə getdiyimdən çox həyəcanlıyam.

"Report" xəbər verir ki, bunu Zəngilanın Məmmədbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün ailəsinin üzvü Gülnar Süleymanova deyib.

O, qeyd edib ki, gənc olsa da bir neçə ildir Məmmədbəyli barədə maraqlanır:

"Valideynlərim Məmmədbəyli kəndindən, oradakı çaylardan, təbii mənzərələrdən çox danışıblar. Kəndimizə həmişə marağım olub. Bilirəm ki, ora mənimçün daha çox cəlbedici olacaq.

Kəndə gitaramı və tutuquşularımı da aparıram. Təhsilimi orada davam etdirəcəyəm. Gələcəkdə ola bilsin sənədlərimi Qarabağ Universiteti verim".

Qeyd edək ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə daha 30 ailə - 144 nəfər köçürülüb. Kəndə köçənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Son xəbərlər

Bütün Xəbər Lenti