Zəfər Günü Şəki, Zaqatala və Oğuzda da qeyd olunub

Daxili siyasət
  • 08 noyabr, 2023
  • 12:27
Zəfər Günü Şəki, Zaqatala və Oğuzda da qeyd olunub

8 noyabr - Zəfər Günü münasibəti ilə Şəki, Zaqatala və Oğuzda bayram tədbiri keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Şəkidə keçirilən tədbir Heydər Əliyev Mərkəzinin qarşısında təşkil edilib.

Tədbirdə rayonun icra başçısı Elxan Usubov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Zəfər Günü Zaqatalada da böyük sevinc və qürur hissi ilə qeyd edilib. Rayon rəhbərliyinin, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının və rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə bildirilib ki, bu zəfəri xalqımıza yaşadan yenilməz sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, əsgərlərimizlə fəxr edirik.

Oğuzda keçirilən tədbir Rayon İcra Hakimiyyətinin qarşısından yürüşlə başlayıb və Şəhidlər Xiyabanına qədər davam edib. Zəfər Günü münasibətilə keçirilən tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və müharibə əlilləri iştirak ediblər.