YAP Sədrinin müavini: "Azərbaycan xalqı ikinci ildir ki, Xocalı faciəsini qürurla yad edir"

Daxili siyasət
  • 26 fevral, 2022
  • 09:29
YAP Sədrinin müavini: Azərbaycan xalqı ikinci ildir ki, Xocalı faciəsini qürurla yad edir
Tahir Budaqov

"Azərbaycan xalqı ikinci ildir ki, Xocalı faciəsini qürurla yad edir".

"Report" xəbər verir ki, bunu YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

O bildirib ki, belə dəhşətli faciələrin baş verməməsi üçün xalq hər zaman bərabər və güclü olmalıdır: "Bundan sonra da soyqırımı törədən, əli olan insanların cəzalandırılması üçün bütün səylərimizi davam etdirməliyik. Beynəlxalq müstəvidə işlər görülməlidir. İnanırıq ki, ədalət yerini tapacaq. Xocalı soyqırımına siyasi və hüquqi qiymət veriləcək".