YAP İdarə Heyətinin iclası keçirilib, deputatlığa namizədlərin siyahısı təsdiqlənib
- 15 sentyabr, 2015
- 10:54
Bakı. 15 sentyabr. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.
"Report" xəbər verir ki, toplantıda hakim partiyanı bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində təmsil edəcək deputatlığa namizədlərin siyahısı müzakirə olunub. Müzakirələrdən sonra YAP İdarə Heyəti namizədlərin siyahısını təsdiqləyib.
"Report"un YAP-ın qərargahı qarşısında olan əməkdaşı xəbər verir ki, artıq İdarə Heyətinin bir neçə üzvü YAP-ın binasını tərk edib. Onlar deyiblər ki, iclas yekunlaşıb.
YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, iclasda partiyanın deputatlığa namizədlərinin siyahısı müzakirə olunub: "İclas yaxşı keçdi. Bir qədər sonra deputatlığa namizədlərin siyahısı açıqlanacaq".