Yanvarda Azərbaycanda 5 gün iş olmayacaq
Daxili siyasət
- 09 dekabr, 2022
- 12:46
Gələn ay Azərbaycanda 5 gün iş olmayacaq.
"Report"un xəbərinə görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2023-cü ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür.
2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişir və 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.
Bununla da yanvar ayında ardıcıl 4 qeyri-iş günü olacaq. Yanvarın 20-si isə Ümumxalq Hüzn Günü olduğundan həmin gün qeyri-iş günüdür.
Beləliklə, yanvar ayında, ümumilikdə 5 gün iş olmayacaq.
Son xəbərlər
01:42
Luis de la Fuente: Fransanı məğlub etmək gücündə olduğumuza inanırıq
Futbol01:37
Qaxda vətəndaş qəbulu keçirilib
Daxili siyasət01:31
Lamin Yamal İspaniya - Belçika matçının ən yaxşısı seçilib
Futbol01:28
Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Avropa çempionu olub
Fərdi01:10
İranın neft emalı zavodunda yanğın baş verib
Region00:59
Foto
DÇ-2026: Belçikanı mübarizədən kənarlaşdıran İspaniya yarımfinala yüksəlib - YENİLƏNİB-5
Futbol00:45
İran və Oman arasında Hörmüz boğazından təhlükəsiz keçid müzakirə ediləcək
Region00:17
Zelenski: Birləşmiş Çevik Reaksiya Qüvvələri yaradılacaq
Digər ölkələr23:59