Növbəti köç karvanı Qırmızı Bazara çatıb, açarlar təqdim edilib – YENİLƏNİB-2

Daxili siyasət
  • 28 noyabr, 2025
  • 14:15
Növbəti köç karvanı Qırmızı Bazara çatıb, açarlar təqdim edilib – YENİLƏNİB-2

Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.

"Report"un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Bu köçlə qəsəbəyə qayıdan ailələrin sayı 67-yə (254 nəfər) çatıb.

Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb.

"Report"un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə qəsəbəyə 16 ailə (55 nəfər) köçürülüb.

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb.

"Report"un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 16 ailə (55 nəfər) köçürülür.

Qırmızı Bazara köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bununla qəsəbəyə köçürülən ailələrin sayı 67-yə (254 nəfər) çatacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti