Xocavəndə köçən keçmiş məcburi köçkün: Şükür bu günümüzə ki, öz evimizə-obamıza qayıdırıq
                            Daxili siyasət
                            
                        - 11 sentyabr, 2025
- 06:35
 
                            
                            
                        Neçə il idi, yataqxanada qalırdıq, şükür bu günümüzə ki, öz evimizə-obamıza gedirik.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında növbəti köç karvanı ilə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə gedən keçmiş məcburi köçkün Hüseynova Nazənin deyib.
O bildirib ki, öz doğma torpaqlarından 32 il əvvəl çıxıb:
"Allah o torpaqları bizə bəxş edən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah prezidentimizin də canını sağ eləsin.
Neçə il idi, yataqxanada qalırdıq, şükür bu günümüzə ki, öz evimizə-obamıza gedirik. Mən kəndimizdən çıxanda 40 yaşım var idi, indi 72 yaşım var. Çox şükür, həvəslə gedirik.
Həmişə arzulayırdım ki, uşaqlığımın, cavanlığımın keçdiyi yerə qayıdım, orada ölüm, məni orada dəfn etsinlər".
Son xəbərlər
10:15
                Tulada baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb - YENİLƏNİB
Region10:10
                Jan-Mişel Brun: Konqonun dirçəlişi Afrikanın oyanışının simvolu olacaq
Digər10:06
                Braziliyalı tədqiqatçı: Belçika müstəmləkəçiliyinin Konqodakı zorakılığı gözlə görünəcək səviyyədədir
Digər10:04
                
                                    Foto                                
                                                    Dövlət Xidməti: "Moskva" univermağı öz autentik dəyərini itirmək təhlükəsi ilə üz-üzə qalıb
Mədəniyyət siyasəti10:00
                "Liverpul"un müdafiəçisi uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
Futbol09:46
                Respublika Klinik Uroloji Xəstəxanasının direktoru vəzifəsindən azad olunub
Daxili siyasət09:41
                Abbas Abbasov: Belçika müstəmləkəçiliyi ilə bağlı faktların tarixdən silinməsi mümkün deyil
Xarici siyasət09:38
                ABŞ və Hindistan müdafiə sahəsində çərçivə sazişi imzalayıb
Digər ölkələr09:37
                