Xocavənd sakini: İndi yaşadığım sevinc hissi əziyyətli günlərimə məlhəm olacaq

Daxili siyasət
  • 05 avqust, 2026
  • 14:32
Xocavənd sakini: İndi yaşadığım sevinc hissi əziyyətli günlərimə məlhəm olacaq

Doğma yurda qayıdan Xocavənd şəhər sakini Həsən Əliyev indi yaşadığı sevinc hissinin əziyyətli günlərinə məlhəm olacağını bildirib.

O, bu barədə "Report"un Xocavəndə ezam olunan əməkdaşına açıqlamasında deyib.

H.Əliyev Xocavənd şəhərinə altı nəfərlik ailəsi ilə qayıtdığını vurğulayıb:

"Çox sevinirəm. Dost-tanışlar zəng edib gözaydınlığı verir, hansı hissləri yaşadığımı soruşurlar. Mən bu hissləri sözlə ifadə edə bilmərəm. İnanıram ki, indi keçirdiyim sevinc hissi vaxtilə yaşadığım əziyyətli günlərimə məlhəm olacaq".