Növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB-2

Daxili siyasət
  • 14 oktyabr, 2025
  • 14:14
Növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB-2

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, açarlar təqdim olunub.

"Report"un Qarabağ bürosu xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, bununla Təzəbinə kəndinə köçürülən ailələrin sayı 83-ə (368 nəfər) çatıb.

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Təzəbinə kəndinə çatıb.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, kəndə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə köçürülən ailələrin sayı 83-ə (368 nəfər) çatacaq.

Xocalı rayonunun Təzəbinə kəndinə növbəti köç karvanı yola salınıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu gün Təzəbinə kəndinə 27 ailə (117 nəfər) köçürülür.

Bununla da kəndə köçürülən ailələrin sayı 83-ə (368 nəfər) çatacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti