Xocalıda "Haradasınız 13-lər?" kitabının təqdimatı keçirilib

Daxili siyasət
  • 18 noyabr, 2025
  • 14:03
Xocalıda Haradasınız 13-lər? kitabının təqdimatı keçirilib

Xocalı rayonunun Əsgəran qəsəbəsində Səriyyə Müslümqızının Xocalı soyqırımının qurbanlarına həsr edilmiş "Haradasınız 13-lər?" kitabının təqdimatı olub.

"Report"un Qarabağ bürosuna Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təqdimat mərasimində şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

S.Müslümqızı çıxışında bildirib ki, kitab 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı erməni silahlı birləşmələri və sovet ordusunun 366-cı alayının iştirakı ilə əsir götürülən 13 gəncin həyat hekayəsindən bəhs edir.

Qeyd olunub ki, Xocalıda itkin düşən həmin 13 nəfərdən 5-nin nəşi bu yaxınlarda tapılaraq dəfn edilsə də, digərlərinin taleyi hələ də naməlumdur.

Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan və ingilis dillərində nəşr olunan kitabın Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti