Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb, açarlar təqdim edilib - VİDEO - YENİLƏNİB-2
- 22 may, 2025
- 13:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Xocalı şəhərinə və Ballıca kəndinə köçürülən ailələrə evlərin açarları təqdim edilib.
"Report"un Xocalıya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, ailələrə daimi yaşayacaqları evlərin açarları təqdim olunub.
13:10
Növbəti köç karvanı Xocalı şəhərinə və Ballıca kəndinə çatıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 8 ailə (29 nəfər), Ballıca kəndinə isə 1 ailənin (5 nəfər) köçü həyata keçirilib.
Bu mərhələdə 34 Xocalı sakini öz doğma torpağına qayıdıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarərtmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, ailələr Xocalı şəhəri və Ballıca kəndində dövlətin dəstəyi ilə inşa edilən, tam təmirli evlərə yerləşdiriləcək. Burada onlar üçün hər cür şərait yaradılıb – su, işıq, qaz, internet bağlantısı, məktəb, tibb məntəqəsi və digər sosial infrastruktur artıq istifadəyə verilib.
11:49
Xocalı şəhərinə və rayonun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, indiyədək Xocalı şəhərinə 85 ailə (341 nəfər), Ballıca kəndinə isə 172 ailə (811) nəfər köç edib.