Xocalıya yola salınan növbəti köç karvanı Daşbulaq kəndinə çatıb - YENİLƏNİB

Daxili siyasət
  • 13 sentyabr, 2025
  • 17:09
Xocalıya yola salınan növbəti köç karvanı Daşbulaq kəndinə çatıb - YENİLƏNİB

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Daşbulaq kəndinə çatıb.

"Report"un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, Daşbulaq kəndinə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Daşbulaq kəndinə 67 nəfərdən ibarət 13 ailə köçürülüb.

"Böyük Qayıdış" planına uyğun olaraq, sentyabrın 13-də Xocalı rayonun daha bir yaşayış məntəqəsinə, Daşbulaq kəndinə əhalinin köç prosesi həyata keçirilir.

"Report"un Xocalıya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, ilk mərhələdə Daşbulaq kəndinə 13 ailə 67 nəfər, köçürülür.

Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. 

Qeyd edək ki, bu Xocalının Daşbulaq kəndinə ilk köçdür.

Son xəbərlər

Bütün Xəbər Lenti