Xocalı rayon Polis şöbəsinin xidməti ərazisində 8 yeni polis sahə məntəqəsi tikilib

Daxili siyasət
  • 05 noyabr, 2018
  • 12:59
Xocalı rayon Polis şöbəsinin xidməti ərazisində 8 yeni polis sahə məntəqəsi tikilib

Bakı. 5 noyabr. REPORT.AZ/ Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində təhlükəsizliyin təmin edilməsi, ictimai qaydanın qorunması, baş verə biləcək cinayətlərin qarşısının vaxtında alınması üçün Xocalı rayon Polis şöbəsinin xidməti ərazisində 8 yeni polis sahə məntəqəsi inşa olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, yeni polis sahə məntəqələri əməkdaşların xidməti şəraitini yaxşılaşdırmaqla yanaşı, polis-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsində mühüm rol oynayacaq. 

Belə ki, məntəqələr yaradılanadək sakinlər müraciətləri, şikayətləri olanda rayona getmək məcburiyyətində qalırdılar. Lakin indi ərizə və müraciətlərə sahə məntəqələrində baxılacaq.

44 filmi