Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü panel sessiyalarla davam edib

Daxili siyasət
  • 03 fevral, 2026
  • 12:23
Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü panel sessiyalarla davam edib

Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü panel sessiyalarla davam edib.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, panellər Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) gedən yol üzrə BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunub.

Daha sonra "Gələcəyin şəhərlərinin qurulması: milli inkişafda gənclərin məsuliyyəti" mövzusunda panel sessiya keçirilib. Moderatoru Məleykə Tağızadə olan paneldə ADA Universitetinin dosenti Anar Vəliyev, Memarlar İttifaqının katibi Şeyda Novruzzadə, BMT-nin Məskunlaşma Proqramının Gənclərdən İbarət Məşvərət Şurasının üzvü Zeina Elzein, Prezident mükafatçısı Günay İmanova çıxış ediblər.

Panel çərçivəsində şəhərsalmanın milli inkişaf üçün strateji əhəmiyyəti, planlaşdırma qərarlarının uzunmüddətli sosial və məkan təsirləri, bu gün qəbul edilən şəhərsalma qərarlarının gələcək nəsillər üçün yaratdığı məsuliyyət, eləcə də mədəni, sosial və təbii irsin qorunmasında gənclərin rolu müzakirə olunub.

"Şəhərlər imkanlar sistemi kimi: gənclər üçün təhsil, bacarıqlar və məşğulluq" mövzusunda keçirilən ikinci paneldə isə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əmək Statistika Şöbəsinin müdiri Nemət Axundzadə, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının Karyera planlaması şöbəsinin müdiri Zeynəb Həsənova, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Memarlıq Layihələndirilməsi və Şəhərsalma Kafedrasının müəllimi Yeganə Kərimli və ADA Universitetinin dosenti Anar Vəliyev çıxış ediblər.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası 17–22 may tarixlərində Bakıda keçiriləcək. Foruma gedən yol çərçivəsində Azərbaycan hökuməti və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində gənclər də daxil olmaqla müxtəlif hədəf qruplarını əhatə edən tematik layihə və tədbirlərin təşkili davam etdirilir.

Xankəndi şəhərində Azərbaycan Gənclərinin XI Forumu keçirilir.

"Report"un Xankəndiyə ezam edilmiş əməkdaşı xəbər verir ki, forumda gənclər və idman naziri Fərid Qayıbov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini İlqar İsbatov, WUF13-ün Milli koordinatorunun müavini Gülşən Rzayeva və BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave iştirak edirlər.

Daha sonra "Gələcəyin şəhərlərinin qurulması: milli inkişafda gənclərin məsuliyyəti" və "Şəhərlər imkanlar sistemi kimi: gənclər üçün təhsil, bacarıqlar və məşğulluq" mövzularında panel sessiyaların keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Bütün Xəbər Lenti