Xaçmazda Zəfərin ildönümünə həsr olunmuş kütləvi ağacəkmə aksiyası keçirilib
- 04 noyabr, 2026
- 15:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Xaçmaz rayonunda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində qazandığı möhtəşəm Qələbənin altıncı ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
"Report" xəbər verir ki, Yalama kəndi ərazisində təşkil edilən ekoloji tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vətənpərvərlik və ekoloji mədəniyyət nümunəsi olan aksiya çərçivəsində Yalama kəndi ərazisində 500-ə yaxın qoz və zeytun tingi əkilib. Tədbir iştirakçıları həm rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına töhfə verib, həm də Zəfərin 6-cı ildönümünü xatirə ağaclarının əkilməsi ilə rəmzləşdiriblər.