WUF13 çərçivəsində "Gənclər və vətəndaş cəmiyyəti liderliyi" mövzusunda tədbir təşkil olunub
- 21 may, 2026
- 12:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Gənclər və vətəndaş cəmiyyəti liderliyi" mövzusunda tədbir təşkil olunub.
"Report"un məlumatına görə, tədbirin açılış mərasimində Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, həmçinin Keniyanın "Kounkuey Design Initiative" təşkilatının icraçı direktoru Vera Bukachi çıxış ediblər.
Daha sonra Liberiya Gənclərinin İqlim Fəaliyyətləri Təşkilatının (LYCA) təsisçisi və icraçı direktoru Ezekiel Nyanfor "Gənclər və vətəndaş cəmiyyəti liderliyi vasitəsilə dayanıqlı və inklüziv şəhərlərin inkişafı" adlı tədqiqatın nəticələrini təqdim edib.
Tədbirin panel sessiyası "UN-Habitat ilə əməkdaşlıq çərçivəsində inklüziv yaşıl şəhərlərə doğru: vətəndaş cəmiyyəti və gənclərin effektiv iştirakının təşviqi" mövzusuna həsr olunub.
Sessiyanın moderatoru "Gender Hub Azerbaijan" təşkilatının həmtəsisçisi və icraçı direktoru Məryəm Məcidova olub.
Müzakirələrdə UN-Habitat-ın vəkillik və tədbirlər üzrə müşaviri Məleykə Tağızadə, COP29 üzrə gənclər iqlim çempionu və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Leyla Həsənova, "ASAN Könüllüləri" Gənclər Təşkilatının sədri Aysiman Quliyeva, "For Social Welfare of Citizens" İctimai Birliyinin sədr müavini Nadimə Rəhimli və Pakistan Gənclər Təşkilatının təsisçisi Sana Ullah Rathore iştirak ediblər.