Vüsal Hüseynov mayın 22-də Bakıda vətəndaşları qəbul edəcək
- 19 may, 2026
- 10:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov mayın 22-də saat 15:00-da Xidmətin aparatında vətəndaş qəbulu keçirəcək.
DMX-dən "Report"a verilən məlumata görə, qəbulda iştirak etmək istəyən şəxslər mayın 21-dək şəxsiyyətlərini təsdiq edən sənədlərlə Bakı şəhəri, Atatürk prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.
Belə ki, qəbula yazılan vətəndaşlardan müraciətin səbəbini aydın və ətraflı şəkildə göstərməklə yanaşı, şəxsiyyət vəsiqəsini təqdim etmələri xahiş olunur.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan ərazisində olmalarını və ya yaşamalarını təsdiq edən müvafiq sənəd, xarici pasport və ya digər sərhədkeçmə sənədini təqdim etməlidirlər.
Qeyd edək ki, nümayəndə vasitəsilə müraciət edən şəxslərdən əlavə olaraq nümayəndəliyi təsdiq edən rəsmi sənədlərin təqdim olunması tələb edilir.