TƏBİB-in cərimələrdən topladığı vəsaitdən istifadə etməsi üçün qayda hazırlanacaq

Daxili siyasət
  • 18 iyul, 2023
  • 13:12
TƏBİB-in cərimələrdən topladığı vəsaitdən istifadə etməsi üçün qayda hazırlanacaq

İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə qaydası hazırlanacaq.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı əhalinin sağlamlığının qorunması ilə bağlı Fərmanda nəzərdə tutulub.

Sənədə görə, Nazirlər Kabineti qaydanı üç ay müddətində dövlət başçısı ilə razılaşdırmaqla müəyyən etməlidir.