Tahir Budaqov: “Azərbaycanın quruculuq konsepsiyası dünyanın diqqət mərkəzindədir”
- 03 noyabr, 2022
- 06:21
Yeniliklərdən dərhal xəbərdar olun!
“Post-konfilikt dövründə Azərbaycanın quruculuq konsepsiyası dünyanın diqqət mərkəzindədir”.
“Report”un xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü - Zəfər Gününə həsr olunan konfransda deyib.
O bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi məqsədyönlü siyasətin nəticəsidir: “Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan post-konfilikt dövrünün quruculuq modelini yaradır”.
T.Budaqovun sözlərinə görə, Azərbaycanın yaratdığı reallıqlar əsasında sülh gündəliyinin əsas prinsipləri müəyyənləşib: “Zəngəzur dəhlizinin açılması geniş və çoxşaxəli əməkdaşlığın formalaşdırılması deməkdir. Post-konfilikt dövründə Azərbaycanın quruculuq konsepsiyası dünyanın diqqət mərkəzindədir. Tariximizin şanlı dövründə yaşayıb, yaratmaq hər bir azərbaycanlı üçün böyük şərəfdir. Hər birinizə şərəflə addımlamağı arzu edirəm”.