Tahir Budaqov: “Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazanıb”

Daxili siyasət
  • 15 dekabr, 2023
  • 06:06
Tahir Budaqov: “Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazanıb”

Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazandığını bəyan edib.

“Report”un xəbərinə görə, o, dekabrın 15-də YAP İdarə Heyətinin genişləndirilmiş iclasında 2023-cü ilin Azərbaycan xalqının taleyinə uğurlu il kimi düşdüyünü söyləyib.

“Gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər, tarixi zəfər qazanıb. Bu zəfərin davamı növbəti seçkilərdən asılıdır”, - T.Budaqov deyib.