Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib
Daxili siyasət
- 15 may, 2024
- 08:43
Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rəsul Arif oğlu Əliyevin meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.
"Report"un yerli bürosu xəbər verir ki, şəhərdə təşkil olunan vida mərasimindən sonra şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, R.Əliyev 1960-cı il fevralın 18-də Sumqayıt şəhərində anadan olub. O, 1993-cü il noyabrın 7-də Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində itkin düşüb.
Son xəbərlər
01:56
İsrail Niderlandın Ramallahdakı nümayəndələrinin diplomatik statusunu ləğv edib
Digər ölkələr01:23
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Digər ölkələr00:55
Foto
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
Hadisə00:38
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
Digər ölkələr23:56
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
Digər ölkələr23:32
Foto
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, bir neçə nəfər yaralanıb
Digər ölkələr23:25
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi23:17
Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasında birinci olub
Fərdi23:08
Foto
Video