STM sədri: Qarabağ tarixdə ilk dəfə dağıdıcılıq deyil, quruculuq və bütövlük məkanıdır

Daxili siyasət
  • 05 noyabr, 2025
  • 10:34
STM sədri: Qarabağ tarixdə ilk dəfə dağıdıcılıq deyil, quruculuq və bütövlük məkanıdır

Qarabağ tarixdə ilk dəfə dağıdıcılıq deyil, quruculuq və bütövlük məkanıdır.

"Report" xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən "XXI Əsrdə Dövlət Suverenliyi və Milli Konstitusiyalar: Qlobal Çağırışlar, Tendensiya və Perspektivlər" adlı beynəlxalq elmi-praktik konfransda açılış nitqində deyib.

Onun sözlərinə görə, 8 noyabr Zəfəri ötən əsrin 90-cı illərindəki işğalın və ərazi iddialarının proqramına çevrilən Ermənistan konstitusiyasını da dəyişməkdədir:

"İrəvanda on illərdir düşmənçilik qanunları, kilsənin savaş ayinləri, nifaq kitabları, işğal dərslikləri dinc qonşuluq və əmin-amanlıq aktları ilə əvəzlənir".

Z.Oruc qələbədən sonra Azərbaycanın beynəlxalq və daxili statusunun dəyişməsini, ərazi bütövlüyündə yeni inzibati-idarəetmə mexanizmlərinin yaradılmasını, Qarabağın reinteqrasiyasını, idarəçilik sisteminin modernləşdirilməsini, milli həmrəyliyin güclənməsi - "Vahid Azərbaycan" ideyasınin genişlənməsini qalib konstitusiyanın qarşısındakı gələcək hədəflər kimi qiymətləndirib.

STM sədri müasir dünyanın yeni çağırışlarla üz-üzə olduğunu da ifadə edib:

"Bəşəriyyət rəqəmsal əsarət, saxta informasiya və hibrid hücumlar, xalqların mədəni və ideoloji müstəqilliyinə edilən qəsdlərlə üz-üzədir".

Son xəbərlər

Bütün Xəbər Lenti