Sosial media uşaqların psixi sağlamlığının pisləşməsinin əsas səbəblərindən biridir - RƏY
- 10 iyun, 2026
- 15:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Uşaqların zərərli məzmundan qorunması, yaş məhdudiyyətlərinin tətbiqi, məlumat təhlükəsizliyinin gücləndirilməsi və platformaların məsuliyyətinin artırılması hazırda Azərbaycanda aktual məsələdir.
Bunu "Report"a deputat Pərvanə Vəliyeva İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsini şərh edərkən deyib.
O qeyd edib ki, Azərbaycanda rəqəmsallaşmanın sürətlənməsi və sosial şəbəkələrin uşaqların həyatında erkən yaşdan geniş yer tutması onların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsini zəruri edir:
O vurğulayıb ki, araşdırmalar sübut edib ki, uşaqlar və yeniyetmələr bir aydan artıq müddətdə sosial mediaya məruz qalmanı azaltdıqda və ya tamamilə dayandırdıqda, onların psixi sağlamlığında yaxşılaşma müşahidə olunur:
"Hazırda sosial medianın "onlayn vaxtı pula çevirmə" modeli şirkətlərə uşaqlara nifrət dolu, depressiv və problemli məzmun təqdim etməyə imkan verir ki, bu da yeniyetmələrin psixi sağlamlıq böhranını gücləndirmiş ola bilər".
Deputat hesab edir ki, qanun layihəsinin qəbul olunması rəqəmsal məkanda uşaqların hüquqlarının müdafiəsinin gücləndirilməsinə, daha təhlükəsiz informasiya mühitinin formalaşdırılmasına, sosial media platformalarının fəaliyyətinə dair hüquqi mexanizmlərin təkmilləşdirilməsinə və dövlətin nəzarət imkanlarının artırılmasına mühüm töhfə verəcək.