Şəki Penitensiar Müəssisəsində əfv sərəncamının icrasına başlanılıb - VİDEO

Daxili siyasət
  • 17 mart, 2019
  • 06:08
Şəki Penitensiar Müəssisəsində əfv sərəncamının icrasına başlanılıb - VİDEO
Report

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, müəssisədən 23 nəfər azadlığa buraxılıb.

Buraxılış vərəqələrini alaraq azadlığa çıxanlar məhbuslar çox sevincli olduqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam 431 nəfərə şamil edilib.

Martın 17-si səhər saatlarından etibarən Prezidentin əfv sərəncamının icrasına başlanılıb. Sərəncama görə, artıq Gözəl Bayramlı və Şəmsiyyə Bəylərqızı da daxil olmaqla 23 qadın 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.