Şəhidin qardaşı: Akif və döyüş yoldaşları böyük qəhrəmanlıqla həlak olublar
- 21 avqust, 2026
- 11:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəhid qardaşım Akif Qurbanov və döyüş yoldaşları böyük qəhrəmanlıqla həlak olublar.
"Report" xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılmış Akif Qurbanovun qardaşı Arif Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qardaşı ilə bir vaxtda cəbhədə döyüşüb:
"Akif əsgər idi. Qardaşım və döyüş yoldaşları böyük qəhrəmanlıqla şəhid olublar. Tarix boyu biz torpaqlarımızı qorumaq və geri qaytarmaq üçün çalışmışıq. Biz bu gün müstəqilik, torpaqlarımız geri qaytarılıb".
A. Qurbanov bildirib ki, qardaşı və özü də çox ağır döyüşlərdə iştirak edib:
"Amma məqsəd bir idi, bir addım geri yox, ancaq önə doğru irəliləmək, geri çəkilə bilməzdik. Biz bilirdik ki, torpaqlarımızı müvəqqəti itirəcəyik, əsas müstəqil Azərbaycanı saxlaya bilməkdir və buna da nail olduq. Sonuncu dəfə bir yerdə evə gəldik, sonra mən Ağdama, o da Füzuliyə getdi".