Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlanıb

Daxili siyasət
  • 18 yanvar, 2020
  • 06:45
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlanıb
Report

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 27 müraciət daxil olub. 

“Report” xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov seçki hüquqlarının pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarda deyib.

Onun sözlərinə görə, bu heç də o demək deyil ki, bütün iddiaçılar haqlıdır.

"Ancaq araşdırmalar nəticəsində o da bəlli olub ki, bəzi dairə seçki komissiyalarının qərarı düzgün olmayıb", - deyə MSK sədrinin müavini əlavə edib.

O bildirib ki, MSK-nın qərarı ilə şikayət edən 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Qeyd edək ki, bu ilin fevralın 9-da Milli Məclisə seçkilər keçiriləcək.

44 - Tezliklə