Samuxda Xocalı soyqırımının qurbanları anılıb

Daxili siyasət
  • 26 fevral, 2023
  • 08:23
Samuxda Xocalı soyqırımının qurbanları anılıb

Samux rayonunda da Xocalı soyqırımının qurbanları yad edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin, YAP Samux rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi.