Roma Papasının nümayəndəsi: "Xocalıda insanlığa qarşı cinayət törədənlər cəzasız qalmayacaq"

Daxili siyasət
  • 21 fevral, 2017
  • 08:27
Roma Papasının nümayəndəsi: Xocalıda insanlığa qarşı cinayət törədənlər cəzasız qalmayacaq

Bakı. 21 fevral. REPORT.AZ/ “Xocalıda insanlar soyqırıma məruz qalıb. Həmişə onlar üçün dua edəcəyəm”.

“Report”un xəbərinə görə, bunu Roma Papasının Bakıdakı nümayəndəsi Viladimir Fekete Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Xocalıda insanlığa qarşı cinayət törədənlər cəzasız qalmayacaq: “Böyük Yaradan mütləq onların cəzasını verəcək. Mən Xocalıda törədilən soyqırıma, ədalətsizliyə məruz qalan azərbaycanlılar üçün heç zaman duamı əsirgəməyəcəm”.