Qubada Heydər Əliyevin anım günü dərin hüznlə qeyd olunub

Daxili siyasət
  • 12 dekabr, 2018
  • 08:19
Qubada Heydər Əliyevin anım günü dərin hüznlə qeyd olunub
Report

Quba. 12 dekabr. REPORT.AZ/ Quba rayonunda ümummilli lider Heydər Əliyevin anım gününün 15-ci ildönümü ilə bağlı tədbir keçirilib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, anım mərasimində əvvəlcə Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ümummilli lider Heydər Əliyevin heykəlinin qarşısına gül dəstəsi qoyub.

Mərasimdə həmçinin rayonun idarə, müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Daha sonra Quba "ASAN Həyat" kompleksinin kinoklubunda ulu öndərə həsr olunmuş 43 dəqiqəlik "Unudulmaz" sənədli filminin nümayişi olub.