“Qərbi Azərbaycana qayıdış” festival-konqresin iştirakçıları Kəngərlidə olub - YENİLƏNİB
- 24 noyabr, 2023
- 13:44
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qərbi Azərbaycana qayıdış” festival-konqresin iştirakçıları Kəngərli rayonunun Çalxanqala kəndində olublar.
"Report"un yerli bürosu xəbər verir ki, “Qərbi Azərbaycana qayıdış” festival-konqresin iştirakçıları Çalxanqala kəndində deportasiyaya məruz qalmış soydaşlarımızla görüşüblər.
Qonaqlar Çalxanqala kənd mərkəzində Qərbi azərbaycanlılara məxsus müxtəlif məişət əşyaları, mətbəx nümunələtindən ibarət sərgiyə baxıblar.
12:10
Naxçıvan şəhərində keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresin iştirakçılarının Ordubad rayonuna səfəri təşkil olunub.
"Report"un yerli bürosu xəbər verir ki, səfər çərçivəsində rayonun Parağa kəndində yaşayan Qərbi azərbaycanlılarla görüşü keçirilir.
Həmçinin, Qərbi Azərbaycana məxsus folklor nümunələri, mədəniyyət və mətbəx nümunələri nümayiş etdirilir. Görüşün keçirildiyi məkanda qonaqlar üçün konsert proqramı da təşkil olunub.