Qərbi Azərbaycan Xronikası: Zəngəzurda Dağlıq Altay toponimi - Baldırğanlıq

Daxili siyasət
  • 26 noyabr, 2025
  • 01:09
Qərbi Azərbaycan Xronikası: Zəngəzurda Dağlıq Altay toponimi - Baldırğanlıq

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Zəngəzurda Dağlıq Altay toponimi - Baldırğanlıq" adlı süjet hazırlanıb.

"Report" xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı və Balıqçay toponimi, oronimi və hidronimi haqqında söz açılır.

Bildirilir ki, indiki Ermənistan ərazisi qədim Azərbaycan torpağıdır və toponimlərin mütləq əksəriyyəti oğuz-türk mənşəlidir.

Vurğulanır ki, Azərbaycan türklərinin dədə-baba yurdlarından olan bu toponimlər erməni saxtakarlığının qurbanı olub:

"Tarixi reallığın unudulmaması naminə bu ərazidə ta qədimdən yaşayıb məskən salan insanların yenidən doğma yurda qayıtması isə zamandan doğan zərurətdir. Əminik ki, bu məqsədlə aparılan haqlı mübarizə uğurlu olacaq, o yerlərin əsl sahibləri isti ocaqlarına yenidən qovuşacaqlar".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Qərbi Azərbaycan Xronikası: Zəngəzurda Dağlıq Altay toponimi - Baldırğanlıq

Son xəbərlər

Bütün Xəbər Lenti