Prezidentliyə namizədlərə həftədə 6 saat ödənişsiz efir vaxtı ayrılacaq
Daxili siyasət
- 17 mart, 2018
- 12:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 mart. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
“Report” xəbər verir ki, iclasda aprelin 11-nə təyin edilən Prezident seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə Püşkatma Komissiyasının yaradılması, püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi məsələsinə baxılıb.
MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, bu il də İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən namizədlərə ödənişsiz efir vaxtı ayrılacaq: "Bu müddət həftədə 3 saat televiziya, 3 saat radioda olmaqla 6 saat təşkil edəcək".
Püşkatma MSK-nın martın 19-da keçiriləcək iclasında olacaq.
Qeyd edək ki, seçkiqabağı təşviqat martın 19-da başlayacaq.
Son xəbərlər
13:10
Foto
Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
Fərdi
13:10
EMTA rəsmisi: "Tarif məsələsində manipulyasiyaların qarşısının alınması mühüm əhəmiyyət kəsb edir"
Energetika
13:09
"Discover the World" Belçika və Niderlandda "Azərbaycan Hava Yolları"nın rəsmi nümayəndəsi təyin edilib
İnfrastruktur
13:08
Foto
Şura: İranın "Səhər" kanalı Türkiyədəki görüntüləri Azərbaycanla əlaqələndirərək ictimai rəyi çaşdırır
Media
13:04
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
İnfrastruktur
12:59
Foto
AFFA "Şəfa"nın aşağı yaş qruplarına danışılmış oyunlarla bağlı sessiya keçirib
Futbol
12:57
Laçın və Zəngilanda "Səyyar Gənclər Xidməti" fəaliyyət göstərəcək
İnfrastruktur
12:52
AMB: Ödəniş sistemləri üzrə yeni xidmət haqları vətəndaşlara bilavasitə şamil olunmur
Maliyyə
12:52
Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
Ekologiya