Prezident özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı ayırıb
Daxili siyasət
- 17 yanvar, 2019
- 14:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Son xəbərlər
11:53
Rizvan Nəbiyev: Azərbaycan yaxın iki ildə çoxtərəfli diplomatiyanın fəal iştirakçısı olacaq
Milli Məclis
11:52
Eynar Abdullayev: "AzQR ilə Türk QR-ın bir-birilə əlaqələndirilməsi araşdırılıb"
Maliyyə
11:50
Laos Prezidenti: 44 il əvvəl olduğum Bakını çətinliklə tanıdım
Xarici siyasət
11:49
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Xarici siyasət
11:49
"Arsenal" Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəmək niyyətindədir
Futbol
11:47
Laos Prezidenti: Müxtəlif qurumlardan Azərbaycana nümayəndə heyəti göndərəcəyik
Xarici siyasət
11:46
"İnternational Leasing" səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə
11:46
TürkFİN ödəniş xidmətləri üzrə lisenziyaların qarşılıqlı tanınmasını hədəfləyir
Maliyyə
11:44
Thonqlun Sisulit: Bakıda imzalanan sənədlər Laos ilə Azərbaycan arasındakı ənənəvi münasibətləri gücləndirəcək
Xarici siyasət