Prezident İlham Əliyev Xocalı rayonunun Naxçıvanlı kəndində olub - YENİLƏNİB
- 22 dekabr, 2023
- 12:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Naxçıvanlı kəndində olub.
"Report" xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirdi.
Dağətəyi ərazidə yerləşən bu yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salıblar. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Naxçıvanlı kəndi separatçılardan təmizlənib.
13:46
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərində olub.
"Report"un xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.