Prezident İlham Əliyevin imzaladığı əfv siyahısında 2 jurnalistin də adı var
Daxili siyasət
- 29 dekabr, 2014
- 14:48
Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlığa çıxacaq şəxslər arasında "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı, "P.S. Nota" qəzetinin baş redaktoru Sərdar Əlibəyli də var.
"Report"un xəbərinə görə, sərəncam hüquqşünas Qurban Məmmədov, “Nida” Vətəndaş Hərəkatının üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədliyə də şamil edilib.
Siyahıda həmçinin 1 nəfər xarici ölkə vətəndaşının da adı var. Belə ki, Türkiyə vətəndaşı Halil Aldemir də əfv olunanlar sırasındadır.
Xatırladaq ki, dövlət başçısı İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ümumilikdə 87 nəfərə şamil olunub.
Son xəbərlər
10:30
ABŞ-də meşədə yanğın törətməkdə şübhəli bilinən şəxs həbs edilib
Digər ölkələr10:30
Video
"Azərişıq" Gədəbəydə 30-dan çox yeni güc mərkəzi quraşdırıb
Energetika10:06
ABŞ dövlət katibinin köməkçisi Mərkəzi Asiyaya səfər edəcək
Digər ölkələr10:04
Video
Hikmət Hacıyev: Ermənistan Konstitusiyasından ərazi iddiaları çıxarılsa, sülh sazişi üçün problem qalmır
Xarici siyasət10:02
Azərbaycanda sığorta olunanların və sığortalıların uçotu qaydası təsdiq edilib
Maliyyə10:01
Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib
Biznes10:01
Sesar Palasios "Fulhem"ə transfer olunub
Futbol10:01
İki gün əvvəl Buzovnada dənizdə batan qardaşlardan birinin də meyiti tapılıb
Hadisə09:53
Foto