Prezident Gənclər və İdman Nazirliyinə 3 milyon manat ayırıb

Daxili siyasət
  • 05 sentyabr, 2017
  • 13:46
Prezident Gənclər və İdman Nazirliyinə 3 milyon manat ayırıb
Report.az

Bakı. 5 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

44 - Tezliklə